Sevincimiz iki dəqiqə çəkdi... - Fotolar

Sevincimiz iki dəqiqə çəkdi...
Oxunma sayı: 3008

Xəbər verdiyimiz kimi, Ağdamın “Qarabağ” klubu doğma meydanda Kiprin “Omoniya” komandasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda başlayan görüşün birinci hissəsinin 43-cü dəqiqəsində qonaq komanda onbirmetrlik cərimə zərbəsindən hesabı açıb.

Kipr təmsilçisinin heyətində Mixal Dyuriş fərqlənib. Qarşılaşmanın 49-cu dəqiqəsində "Omoniya"nın futbolçusu Paris Pslatis topu səhvən öz qapısına göndərərək hesabı bərabərləşdirib.

Oyunun 88-ci dəqiqəsində Ağdam təmsilçisinin futbolçusu Patrik Andrade fərqlənsə də qonaq komanda 90-cı dəqiqədə yenidən hesaba tarazlıq gətirib.

Beləliklə, "Qarabağ" - "Omoniya" matçında qalib müəyyənləşməyib - 2:2.

“Qafqazinfo”nun fotoqrafı Müzəffər İsmayılov gərgin matçın maraqlı görüntülərini kamerasının yaddaşına köçürüb: