“Sevinirəm ki, “Qəbələ”yə uduzmadıq” - PAOK-un qapıçısı

sevinirem-ki-qebeleye-uduzmadiq
Oxunma sayı: 990

“Çətin matç oldu. Biz yaxşı komandaya qarşı oynadıq səfərdə oynadıq. Amma PAOK bu gün meydanda istədiyini edə bilmədi”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri dünən Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Qəbələ” ilə 0:0-lıq heç-heçə edən Yunanıstanın PAOK klubunun qapıçısı Robin Olsen deyib.

Danimarkalı qapıçı nəticədən narazı qaldığını bildirib: “Heç də yaxşı çıxış etmədik. Nəticə heç də yaxşı deyil, amma uduzmamağımıza sevinirəm. Uduzmaqdansa, 1 xal daha yaxşıdır. Növbəti oyunumuzu evdə oynayacağıq. Rəqib çox güclü “Borussiya” da olsa, qələbə haqqında düşünürük”.