“Sevinirəm ki, Qurban Qurbanov “Qarabağ”dan qazandığı pulları belə xərcləyir”

sevinirem-ki-qurban-qurbanov-qarabagdan-qazandigi-pullari-bele-xercleyir
Oxunma sayı: 3953

“Qurban Qurbanovun bütün həyatı idmanla keçir. Sevinirəm ki, o, “Qarabağ”dan qazandığı pulları ölkəmizə xeyir verərək xərcləyir”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun açdığı fitnes zalı ilə bağlı danışıb: “Bu, beynəlxalq standartlara uyğun zaldır. Hər şey əladır, yüksək səviyyədədir. Gənclərin sağlamlığına xidmət edir”.