“Sevinirik ki, “Qarabağ”ı belə atmosferdə məğlub etdik”

sevinirik-ki-qarabagi-bele-atmosferde-meglub-etdik
Oxunma sayı: 1853

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ” doğma meydanında Çexiyanın "Viktoriya” komandasını qəbul edib.

Qafqazinfo” xəbər verir ki, qarşılşama 1-1 hesablı bərabərliklə başa çatıb və bu nəticədən sonra "Qarabağ” sözügedən turnirdə mübarizəni dayandırıb.

Matçdan sonra keçirilən mətbuat konfransında "Viktoriya”nın baş məşqçisi Roman Pivarnik fikirlərini bildirib:

“Bilirdik ki, "Qarabağ” güclü komandadı. Bu futbolçulara da tapşırmışdıq. Rəqibin oyununa görə öz oyunumuzu qurmuşduq. Müdafiədə səhv etdiyimiz üçün "Qarabağ” qapımızdan qol keçirə bildi. Məqsədimiz qol vurmaq idi. "Qarabağ”ın qolundan sonra səbrli oynadıq və qol vura biləcəyimiz epizodu gözlədik. 60-cı dəqiqədən sonra oyunda taktiki dəyişiklik etdim və bunun nəticəsini gördük”.

- Nəticəni ədalətli hesab edirsinizmi?

- Mənim fikrimcə, ədalətli nəticə idi. Dediyimiz kimi, məqsədimiz qələbə qazanmaq idi və buna nail olduq. Çox sevincliyik.

- Düşünmək olarmı ki, bəxtiniz gətirdi...

- Qapımızdakı qoldan sonra hücumu gücləndirməyi düşündük. Bəli, bir az bəxtimiz gətirdi.

- Azərbaycanda "Qarabağ” üçün belə azarkeş dəstəyi gözləyirdinizmi?

- Çox fantastik ab-hava idi. Çox xoşumuza gəldi. Azarkeşlərin dəstəyini çox bəyəndim. Sevinirik ki, belə bir rəqibi, belə bir atmosferdə məğlub edə bilmişik.

Elsevər