“Sevinirik ki, Ramil ruhdan düşməyib”

sevinirik-ki-ramil-ruhdan-dusmeyib
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, təbrikdə deyilir: “Ramil ömrünün 34-cü ilini məhbəsdə qarşılayır və məhbəs həyatının 8-ci ilini yaşayır. Ramil kimi oğulun dəmir barmaqlıqlar arxasında olması hər birimizi ağrıdır. Lakin eyni zamanda qürur duyuruq ki, o, məhbəs həyatını hansısa eybəcər cinayət etdiyinə görə deyil, Vətəni sevdiyinə, sevdiyi Vətənin təhqir olunmasına dözmədiyinə görə yaşayır. Həm də sevinirik ki, Ramil ruhdan düşməyib, həyat eşqi ilə yaşayır, yaradıcılıqla məşğul olur, Azərbaycan-macar ədəbi əlaqələrini inkişaf etdirməyə çalışır, macar dilindən tərcümələr edir. Bu, onun bacarıqlı zabit olmaqla yanaşı, həm də intellekt sahibi olduğunu bir daha göstərir. Biz inanırıq ki, Ramil Səfərov zamanında yenidən azadlığa qovuşacaq, Xalqımıza, Millətimizə, Dövlətimizə bundan sonra da sədaqət və sevgi ilə xidmət etmək imkanı qazanacaqdır. Ramil əsil kişi kimi bu günə qədər bütün mərhumiyyətlərə, çətinliklərə dözüb, Yurd itgisinə, Ana itgisinə də dözüb. Dözüb, düşmənə nifrəti, intiqam hissini öz içərisində yaşadıb. Biz Ramilə daha artıq dözüm, düşmənə qarşı daha artıq nifrət və qəzəb hissi arzulayırıq. Ramil! Allah qapını açsın, inşallah! Doğum günün mübarək, Azadlıq və Qələbə gününü görək, inşallah!”.

Fatimə Kərimli