Böyük səs-küyə səbəb olan məşhur “The Light Between Oceans” filminin baş rol ifaçıları yenidən gündəmə gəlib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aktyor Michael Fassbender və aktrisa Alicia Vikander filmdə canlandırdıqları obrazlardan danışıblar.
İlk dəfə eyni layihədə yer alan iki məşhur sima ekran işində müzakirələrə səbəb olan sevişmə səhnələrindən söhbət açıblar.
27 yaşlı aktrisa bildirib ki, onlar öz işlərini həyata keçirməyə məcburdurlar.:
“Biz filmdə rol alırıq, bütün obrazları canlandıra bilərik. Lakin, eyni filmdə rol almayan aktyor və aktrisalar bir az çətinlik çəkir. Bizdə isə tamam fərqli oldu. Sevişmə səhnələrində belə çətinlik çəkmədik. Bir-birimizdəm təsirlənmədən asan şəkildə vəzifəmizi yerinə yetirdik”.



Son xəbərlər
Son Xəbərlər