“Sevmədiyimə nişanlandığım üçün intihar etmək istəyirdim”

sevmediyime-nisanlandigim-ucun-intihar-etmek-isteyirdim
Oxunma sayı: 3219


“Qafqazinfo”nun məlumatına görə, xalq artisti “Şou məkan” verilişinə açıqlamasında sevmədiyi adama sözləndiyi üçün intihar etmək istədiyini bildirib:

“Sevmədiyim birinə hərimi vermişdilər, anama yalvardım ki, oxumaq istəyirəm.  Sevmədiyim birinə verdikləri üçün intihar etməyi düşünürdüm. Evdən qaçdım,  oxumaq üçün imtahan verdim. Gülyaz mənə dəstək oldu, anamgili razı saldı. Şəkidən Bakıya gələnə kimi ağlayıb Allaha yalvarmışam ki, gələcəyimi uğurulu eləsin.  Çox həyəcan keçirirdim. Çox şükür ki, hər şey yaxşı oldu”. 

Məmmədova övladlarından da söhbət açıb:

“Uşaqlarımı axşamdan-axşama görürəm. Yaxşı ki, balalarını, ailəsini sevən həyat yoldaşım var. Uşaqlara vaxt ayırır. Arada həyat yoldaşım əsəbləşir ki, uşaqlara da vaxt ayır, tədbirlərə az get. Yoldaşım həmişə mənə dəstək olur,  çox gözəl həyatımız var”. 

Könül