Bu gün Şəmkir rayonu, Düyərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan sexin dam örtüyünün yanar konstruksiyaları 30 m2 və içərisində taxtadan ibarət rəflər 6 m2 sahədə yanıb.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sexin qalan hissəsi və sexə bitişik ev yanğından mühafizə olunub.
Yanğın saat 09:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər