Sex yandı, cücələr boğuldu

sex-yandi-cuceler-boguldu
Oxunma sayı: 1041


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Beşdam kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 384 kv.m olan cücə sexinin tavanı 120 kv.m və çardağı 40 kv.m sahədə yanıb. 

Yanğın zamanı sexin içərisində sayı məlum olmayan cücə tüstüdən boğularaq tələf olub. Sexin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 10:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Murad Əhməd