Sex yandı, usta xəsarət aldı - Foto

sex-yandi-usta-xesaret-aldi
Oxunma sayı: 2019

Bərdə rayonunda bu gün avtomobil təmiri sexində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.

Yanğın nəticəsində rayonun Piyadalar kənd sakini, 1996-cı il təvəllüdlü Fərzəliyev Ehtiram İqbal oğlu yanıq xəsarətləri alıb. E.Fərzəliyev həmin sexdə maşın ustası işləyib.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli