Səxavət Nurun doğum günü - Fotolar

sexavet-nurun-dogum-gunu-fotolar
Oxunma sayı: 3224

“Qafqazinfo”nun məlumatına görə, aparıcının “33-ə hələlik” adı altında keçirdiyi doğum günündə bir çox şou nümayəndəsi və yaxınları iştirak ediblər. Aparıcı ad günü gecəsində çıxış edərək bildirib ki, o, həyatında ilk dəfə doğum gününü qeyd edir: “Bu yaşıma qədər doğum günümü heç belə qeyd etməmişəm. Ancaq bildiyim qədəri ilə 33 yaş insanın ən kamilləşən dövrü hesab olunur. Bu gün məni təbrikə gələn hər bir kəsə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm”.

Aparıcının ad günündə xalq artisti Faiq Ağayev, əməkdar artist Aybəniz Haşımova, müğənnilər Nadir Qafarzadə, Ramal İsrafilov, Günay İbrahimli, Sevda Yahyayeva, Orxan Babazadə, Rəşad İlyasov Elçin Cəfərov,, Ayan Babakişiyeva, Emil Bədəlov, Fəqan Səfərov, Xəyyam Nisanov, prodüser Təranə Səmədova, aparıcılar Zaur Baxışəliyev, Günay Qələndərli, Zaur Kamal, Murad Arif və digər şou nümayəndələri iştirak edib.

Aynur B.