Sexdəki yanğın söndürüldü - Yenilənib+Video

sexdeki-yangin-sonduruldu
Oxunma sayı: 2578

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə “Qafqazinfo”ya FHN-in mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində yerləşən sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən  qısa müddətdə söndürülüb.

***

Yanğın nəticəsində ümumi sahəsi 600kv.m. olan bir dam altında tikilmiş müxtəlif təyinatlı obyektlərdən sahəsi 90kv.m. olan taxta sexi yanıb.

Bitişik obyektlər yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.