Şəxsi avtomobil almaq mütləqdir? - Rayd- heylinq xidmətləri

sexsi-avtomobil-almaq-mutleqdir
Oxunma sayı: 2833

Nisbətən yaxın vaxtlara qədər rayd-heylinq xidmətləri insanların həyatında yeni bir hadisə olsa da qısa müddət ərzində istifadəçilər arasında çox populyarlaşdı. Onlar istənilən vaxt sərfəli və sürətli səfər sifariş etməyə imkan yaratdığı üçün getdikcə daha çox insan onların xidmətlərinə müraciət edir. Hətta qlobal tendensiya da meydana çıxdı - ildən-ilə daha çox insan avtomobillərdən imtina etməyi və səfərlər sifariş etmək üçün xidmətlərdən istifadə etməyi düşünür.

Bu məqalədə rayd-haylinq xidmətlərinin üstünlükləri və mənfi cəhətləri, həmçinin avtomobil almaqdan imtina etməyə ehtiyac olub- olmadığı barədə danışacağıq.

Niyə şəxsi avtomobilə ehtiyacınız var?

Şəxsi avtomobil hərəkət azadlığı deməkdir. Avtomobilin sahibi ictimai nəqliyyatın hərəkət cədvəlindən asılı olmur. O, avtobusların və ya metronun işləmədiyi vaxtlarda taksi saxlamağa ehtiyac duymur. Baytara bir itlə getmək əsl macəraya çevrilmir, heyvanı maşına qoymaq və klinikaya aparmaq kifayətdir.

Maşınla istədiyiniz yerə tez bir zamanda çata bilərsiniz. İctimai nəqliyyatdan istifadə edən insanlar dayanacaqlarda, nəqliyyatdan nəqliyyata keçən zaman gözləyərək vaxt itirirlər və dayanacağa da piyada getmək lazım gəlir.

Pis hava şəraitində, şaxtada və qar fırtınasında öz avtomobilinizlə səyahət etmək daha xoşdur. Pəncərədən çöldə nə baş verdiyindən asılı olmayaraq maşın isti və rahatdır.

Təəssüf ki, dünyanın bir çox ölkələrində avtomobil sahibi olmaq insanın uğuru ilə əlaqələndirilir. Belə ki, Albaniyada aparılan araşdırma göstərib ki, bir çox gənclər, tələbələr avtomobil almağı xəyal edir və onu status rəmzi hesab edirlər. Həmçinin onu dəyişdirmək də çətindir.

Şəxsi avtomobilə sahib olmağın mənfi cəhətləri

Yaxşı avtomobil almaq baha başa gəlir. Bununla belə, avtomobilin alınması ilə xərclər məhdudlaşmır. Maşını hər hansı bir yerdə saxlamaq lazımdır, yəni qaraj almalı və ya dayanacaq üçün pul ödəməli olacaqsınız.

İstənilən mexanizm korlana bildiyi üçün mütəmadi olaraq texniki baxışdan keçirmək və lazım olduqda avtomobili təmir etdirmək lazımdır. Avtomobili həmçinin sığorta etdirmək də lazımdır. Benzinin sabit xərcləri də nəzərə alınmalıdır.

Müasir şəhərlər nəinki kilometrlərlə tıxaclar yaradan, həm də ətraf mühiti çirkləndirən avtomobillərlə doludur. İşlənmiş qazlar atmosferi çirkləndirir, turşu yağışlarına səbəb olur və insan sağlamlığına zərər verir.

İndi səfərlər sifariş etmək üçün xidmətlər, onların üstünlükləri və mənfi cəhətləri haqqında danışaq.

Rayd- heylinq xidmətlərinin üstünlükləri

Rayd- heylinq xidmətlərindən istifadənin böyük bir üstünlüyü sərfəli səfərlərdir. Avtomobilin saxlanması üçün bütün xərclər onun sahibi tərəfindən ödənilir və siz yalnız səfər xərclərini ödəyirsiniz.

Səfər sifariş etdikdən sonra sürücü bir neçə dəqiqəyə olduğunuz yerə çatır. Avtmobili bataqdan çıxarmağa və qarı təmizləməyə, mühərriki qızdırmağa ehtiyac yoxdur. Avtomobilə əyləşin və yola düşün!

Şəhərdə rayd- heylinq xidmətinin danılmaz üstünlüyü ondan ibarətdir ki, bu cür xidmətlərin inkişafı ilə yanaşı, şəhərlərin infrastrukturu da inkişaf edir. Yollarda maşın nə qədər az olarsa, tıxac da bir o qədər az olar. Beləliklə, avtomobil çağırış xidmətinin köməyi ilə edilən səfərlər ictimai nəqliyyatı tamamlayır. Bu nəqliyyat növləri rəqabət aparmır, əksinə vahid nəqliyyat infrastrukturu yaradır, vətəndaşlara hər gün şəxsi avtomobildən istifadə etmək zərurətindən yayınmağa kömək edir.

Digər bir üstünlük rahat səyahətdir. Bolt kimi platformalar yalnız rahat, baxımlı avtomobillərin sahibləri ilə əməkdaşlıq edir.

Rayd-heylinq xidmətinin mühüm üstünlüyü peşəkar sürücülərdir. Səyahətdən sonra istifadəçilər səyahəti qiymətləndirə və bununla da reytinq sistemini formalaşdıra bilərlər. Aşağı reytinqli sürücülərlə əməkdaşlıq dayandırılır.

Səfərlər sifariş etmək üçün xidmətlərdən istifadə edənlər yolda səmərəli vaxt keçirə bilərlər: vacib zəng etmək, sənədlərlə işləmək, kitab oxumaq, beləki, bu işlərlə məşğul olmaq avtomobilinizi idarə edərkən mümkün deyil.

Rayd-heylinq xidmətlərinin çatışmazlıqları

Xidmətin çatışmazlıqlarından biri ondadır ki, siz xidməti sifariş verdikdə başqalarından, xüsusən də avtomobilin sürücüsündən asılı olursunuz. Əgər vəziyyətə 100% nəzarət etməyə üstünlük verirsinizsə, o zaman şəxsi avtomobilinizi almalısınız.

Arxayın olacaqsınız

Avtomobillə səyahət şübhəsiz ki, ictimai nəqliyyatdan daha sürətli, daha rahat və komfortludur. Bundan əlavə, şəxsi avtomobilinizin olması misilsiz azadlıq hissi yaradır. Digər tərəfdən avtomobil sahibləri xeyli xərc çəkirlər.

Şəxsi avtomobilə əla alternativ səfər sifariş etmək xidməti ola bilər. Bu, avtomobillə səfər etməyin bütün üstünlüklərini əldə etməyə imkan verir və avtomobillə bağlı bütün problemlər avtomobil sahibləri tərəfindən həll edilir. Bolt xidməti sizə günün və ya gecənin istənilən vaxtında səfər sifariş etməyə və təyinat yerinə rahat şəkildə çatmağa imkan verir. Bolt proqramını buradan yükləyə bilərsiniz.

Diqqətəlayiq haldır ki, Azərbaycan və yerli ictimaiyyət təqdim olunan xidmətlərin keyfiyyətini və təhlükəsizliyini daim artırmağa çalışan rayd- heylinq xidmətlərində və provayderlərdə potensial görür.