Səyahət etmək üçün ən təhlükəsiz ölkələr açıqlandı

seyahet-etmek-ucun-en-tehlukesiz-olkeler-aciqlandi
Oxunma sayı: 2587

Fransanın səyahət sığortası şirkətlərindən biri 2020-ci ildə səyahət etmək üçün ən təhlükəsiz ölkələri açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Express” nəşri məlumat yayıb. Siyahıda ilk yeri İsveçrə tutub. Bu ölkə yüksək səhiyyə sistemi, olduqca az zorakılıq və yol-nəqliyyat hadisələrinə görə ilk pillədə qərarlaşıb.

İkinci yerdə isə Sinqapur gəlir. Sinqapur İsveçrədən havasına görə geri qalır.

Üçüncü ən təhlükəsiz ölkə isə Norveçdir. 4-cü, 5-ci yerləri Lüksemburq və Kipr tutur.

İlk onluğa daxil olan ölkələr: Lüksemburq, Danimarka, Portuqaliya, Finlandiya və Yaponiyadır.