Səyahət gəmisi batdı, 7 nəfər öldü - Yenilənib

seyahet-gemisi-batdi-7-nefer-oldu
Oxunma sayı: 1601

Budapeştdə Dunay çayında səyahət gəmisi batıb.

“Qafqazinfo” “Assoşieyted press”ə istinadən xəbər verir ki, göyərtədə 34 sərnişin olub.

Xilasedicilər onlardan bəzilərini xilas edib. Digərlərinin axtarışları davam etdirilir.

**

Səyahət gəmisinin batması nəticəsində 7 nəfər həyatını itirib.

16 nəfər hələ də itkin düşmüş sayılır. İnsan tələfatının artacağı ehtimal edilir.