Səyahətə gedənlərin nəzərinə- - Aldana bilərsiz+Video

seyahete-gedenlerin-nezerine-
Oxunma sayı: 1805


Səyahət edəcəyi ölkəni seçir, turpaketə daxil olan xidmətlərlə tanış olur.Ancaq verilən vədlərlə səyahət zamanı üzləşdiyi xidmətlər eyni olmur. Bəs belə olanda turist nə etməlidir?

Bu zaman turist turizm şirkətinə problem haqqında məulmat və həlli üçün müddət verməlidir. Əgər turizm şirkəti problemi aradan qaldırmırsa.

Deməli burada əsas məsuliyyət turizm şirkətinin öhdəsinə düşür. Hüquqşünaslar da deyir ki, belə haldan sonra hüquqlarını tələb etmək üçün müştəri ilə tur şirkəti arasında sənəd olmalıdır.

Xidmət turisti qane etməzsə, o ödənişi dayandırıb, razılaşdığı turizm şirkətinə ödədiyi miqdarı və ona dəymiş ziyanı geri tələb edə bilər.

Əgər turizm şirkəti kompensasiya yaxud dəymiş zərəri ödəməkdən imtina edərsə, vətəndaş imzaladığı müqavilə ilə məhkəməyə, hətta problem tez aradan qaldırılması üçün İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar və istehlakıçıların hüquqlarının müdafiəsi dövlət xidmətinə onlayn olaraq müraciət edə bilər. və beləliklə istehlakçıların hüquqlarını pozan turizm firmalarına İnzibati xətalar məcəlləsinə uyğun cərimə tətbiq oluna bilər.

Xəzər Xəbər