Azərbaycan futbol yığmasının və “Jilina” klubunun üzvü Ramil Şeydayev növbəti dəfə fərqlənib.
“Qafqazinfo” xəbər verir ki, Slovakiya çempionatının 29-cu turunda “Jilina” səfərdə “Trençin”lə qarşılaşıb. Matç ev sahiblərinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində yeganə qolu Şedayev vurub.
“Trençin” 2-1 “Jilina”
Qollar: Ramil Şeydayev 21 (0:1); Giorgo Berizde 31 (1:1); Ranqelo Janga 66 (2:1)
Qeyd edək ki, bu Ramilin Jilinanın heyətində 2-ci qoludur. İlk qolunu 25-ci turda vurub.
Son xəbərlər
Son Xəbərlər