Şeydayevin “Dinamo” ilə problemi həll olundu

seydayevin-dinamo-ile-problemi-hell-olundu
Oxunma sayı: 1566

Bu gün Rusiya Futbol İttifaqı (RFS) Mübahisələrin Həlli Palatasının iclası keçirilib.

"Qafqazinfo" qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda qış fasiləsində Moskva "Dinamo"sundan ayrılan millimizin və "Sabah" üzvü Ramil Şeydayevlə sabiq klubu arasındakı barışıq sazişi təsdiqlənib.

Paytaxt təmsilçisinə yeni futbolçuların qeydiyyatdan keçirilməsi ilə bağlı qoyulan qadağanın aradan qalxdığı bildirilib.

Xatırladaq ki, 2019-cu ilin yayında  "Krılya Sovetov"dan azad agent qismində "Dinamoya keçən 24 yaşlı hücumçunun müqaviləsi bu ilin yanvarında Moskva klubu tərəfindən pozulmuşdu.  RFS-in Mübahisələrin Həlli Palatası "Dinamo"nu Şeydayev ilə müqaviləyə xitam verildiyi vaxt qayda pozuntuları etdiyi üçün cəzalandırmışdı.