Şeydayevin qolu məğlubiyyətin qarşısını ala bilmədi - Fotolar

seydayevin-qolu-meglubiyyetin-qarsisini-ala-bilmedi
Oxunma sayı: 1440

“Krılya Sovetov”da çıxış edən milli komandamızın hücumçusu Ramil Şeydayev növbəti qolunu vurub.

“Qafqazinfo” xəbər verir ki, o, komandasının səfərdə “Orenburq”a 1:3 hesabı ilə məğlub olduğu matçda fərqlənib.

12-ci dəqiqədə penalti qolu ilə hesabı bərabərləşdirən Ramil növbəti dəqiqələrdə komandasının məğlubiyyətinə mane ola bilməyib.

Qeyd edək ki, bu, Ramilin Rusiya Premyer Liqasında cari mövsüm 5 oyunda 4-cü qoludur.

Orenburq - Krılya Sovetov - 3:1

Qollar: Sutormin, 8 (1:0, pen), Ramil Şeydayev, 12 (1:1, pen), Beqiç, 17 (2:1), Sivakov, 54 (3:1)