Seyfulla Əzimovun ilk hesabatının vaxtı bilindi

seyfulla-ezimovun-ilk-hesabatinin-vaxti-bilindi
Oxunma sayı: 3498

Milli Məclisin növbəti plenar iclası mayın 8-də keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyi hələ dəqiqləşməyib. Bununla bərabər, iclasda Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun illik hesabatını təqdim edəcəyi gözlənilir. 

Hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edəcək. 

Qeyd edək ki, bu S. Əzimov parlamentdə ilk dəfə hesabat verəcək.

Günel Türksoy