“Qafqazinfo” S.Şuşinski 1889-cu il aprelin 12-də Şuşa qəzasının Horadiz kəndində anadan olub. Seyid nəslindən olduğuna görə ona “Ağa” deyə müraciət ediblər.
S.Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün iki il Mir Möhsün Nəvvabın yanında oxuyub. Onun xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun böyük təsiri olub. O, S.Şusinskini Şərq musiqisinin incisi adlandırıb.
Muğam ustası 1911-ci ilədək Şuşada yaşayıb. Həmin il o, toy məclislərinin birində Məşədi Cəmil Əmirovla (böyük bəstəkar Fikrət Əmirovun atası) tanış olur. O, Şuşinskinin ifasını bəyənir və onu özü ilə Gəncəyə gətirir. “Ağa” gəncəlilərin də sevimlisinə çevrilib, o qədər məşhurlaşıb ki, onu o zamanlar daha çox azərbaycanlıların yaşadığı Tiflisə çağırıblar. Tiflis həmin illər Qafqazda mədəni həyatın mərkəzi sayılırdı. Beləliklə, Seyid Tiflisə köçərək 1919-cu ilədək orada yaşayıb. 22 yaşlı xanəndə bu həyata həvəslə qatılıb, teatrlara gedib, tamaşalararası fasilələrdə konsertlər verib.
Görkəmli xanəndə 1965-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Son xəbərlər
Son Xəbərlər