Ötən gün Atatürk Hava Limanında baş verən terroru dünya ulduzları da qınayıb.
“Qafqazinfo” xəbər verir ki, onlar günahsız insanların ölümünə etirazlarını bildiriblər.
İspan əsilli pop ulduz Enrike İqlesias rəsmi instaqram səhifəsində Türkiyə bayrağını paylaşıb, ürəyinin İstanbulda olduğunu söyləyib:
“Mənim ürəyim İstanbuldadır. Mən ordakı insanlara və mənasız və dəhşətli zorakılıqdan əziyyət çəkənlər üçün dua edirəm, hüznümü bildirirəm”.
Məşhur müğənni Madonna isə Türkiyədəki konsertindən foto paylaşıb, Türkiyə üçün dua etdiyini qeyd edib:
“İstanbul, Türkiyə üçün dua edirəm. Niyə başqasını sevmək bu qədər çətindir?”
Tanınmış rusiyalı model İrina Şeyk də terrora lənət oxuyan məşhur arasındadır:
“Yenə terror! Daha nə qədər uşaq, ana, ata və qardaş öləcək? Nə qədər ağlayacağıq?”
Daha bir ulduz Eros Ramazzotti də terroru lənətləyib.
Son xəbərlər
Son Xəbərlər