Şeyma Acunun açdığı kafeni bağlayır

seyma-acunun-acdigi-kafeni-baglayir
Oxunma sayı: 2168

Şeyma Subaşı TV 8-nin rəhbəri Acun Ilıcalı ilə evliykən açdığı kafeni bağlayır. “Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb.

Şeyma qeyd edib ki, müştərilərə sağlam qidaların təqdim olunduğu kafe istədiyi kimi fəaliyyət göstərməyib.

“Müxtəlif ölkələrə səfərim zamanı sağlamlığa ziyan vurmayan yeməklər hazırlanan kafelərə gedirdim. İki il əvvəl Acuna layihə təqdim etdim. İstədim ki, zərərli qidalardan uzaq bir məkan açım. Arzuma çatdım. İlk olaraq kafe çox yaxşı işlədi. Buna məşhur olmağım da təsir etmişdi. Amma indi vəziyyət pisdir. Ehtimal ki, gələcək günlərdə obyekt bağlanacaq”-, deyə Şeyma bildirib.