Şeyma Subaşı evlilik tarixini açıqladı - Fotolar

seyma-subasi-evlilik-tarixini-aciqladi
Oxunma sayı: 3156

Türkiyəli sosial media fenomeni Şeyma Subaşı evlilik tarixini açıqlayıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Subaşı ticarət mərkəzindən çıxarkən jurnalistlərin suallarını cavablandırıb.

“Mayda evlənəcəyik. Toyum Türkiyədə olmayacaq, harada olduğunu bildirməyəcəm”,-deyə əlavə edib.

Belə ki, Şeyma Subaşı uzun müddətdir misirli iş adamı Mohammed Alsaloussi ilə münasibətdədir.

Qeyd edək ki, Ş.Subaşı Türkiyənin tanınmış aparıcı-prodüseri Acun Ilıcalının keçmiş həyat yoldaşıdır. Onların bu evlilikdən Melisa adlı qızları var.