Şeyma və italyan sevgilisi koronavirusa görə tənqid olundu

seyma-ve-italyan-sevgilisi-koronavirusa-gore-tenqid-olundu
Oxunma sayı: 2579

Şeyma Subaşı və italyan sevgilisi Guido Senianın İtaliyadan qayıtdıqdan sonra tədbirə qatıldığı iddia olunub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, cütlüyün koronavirusa görə 14 gün karantində olması, lakin qaydanı pozaraq ictimaiyyət arasına çıxması tənqid olunub. 

Hətta Türkiyənin Səhiyyə Nazirliyinin hərəkətə keçməsi barədə məlumat yayılıb. Şeyma gündəmə çevrilən mövzu barədə sosial şəbəkədə açıqlama yayıb. 

“Sevgilim təxminən 1 ay əvvəl İtaliyadan qayıdıb və iki həftə bundan əvvəl Təl-Əvivdə olub. Bütün testlər olunub və İstanbula qayıdıb. Onun təmiz olduğu ortaya çıxıb və Türkiyəyə gəlməyində bir problem yaranmayıb”.