Yazıçı Seymur Baycan yeni kitabın nəşrini maliyyələşdirmək üçün sponsor axtarır.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı yazıçı facebook hesabında müraciət yayımlayıb:
“Bir kitab var, nəşr olunmalıdı. Kim kitabın nəşrini maliyyələşdirə bilər? Başa düşürəm böhrandı, iqtisadi çətinliklər var. Bununla belə, düşünürəm bəlkə kimsə ... birdən ... nəsə ...
Olmasa da problem deyil. Hansı xalqa mənsub olduğumu, kimlərin arasında yaşadığımı bir daha dərk edərəm. Trotski demişkən reallığı dərk etmək qələbənin yarısı deməkdir”.
Son xəbərlər
Son Xəbərlər