Seymur Həzi barəsində həbs qətimkan tədbiri seçildi

seymur-hezi-baresinde-hebs-qetimkan-tedbiri-secildi-
Oxunma sayı: 1211


Abşeron Rayon Prokurorluğundan “Qafqazinfo”ya daxil olan məlumata görə, dünən saat 12:30 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbə sakini Seymur Həziyevin qəsəbənin girişindəki avtobus dayanacağının yaxınlığında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, əvvəllər tanımadığı Bakı şəhər sakini Məhərrəm Həsənovu əsaslı səbəb olmadan söyməsində, daha sonra şüşə butulka ilə başına, yumruq və təpiklə isə sifət nahiyəsinə vuraraq sonuncuya bədən xəsarətləri yetirməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Abşeron rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 

S.Həziyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. 

Hazırda iş üzrə istintaq davam etdirilir.