Seymur Orucov rayon bazarında olub - Fotolar

seymur-orucov-rayon-bazarinda-olub
Oxunma sayı: 6484

16-17 iyun tarixlərində Qurban bayramı günlərində ölkəmizin hər yerində, o cümlədən Ağstafa rayonunda qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunur.

“Qafqazinfo” xəbər verir ki, Ağstafa RİH başçısı Seymur Orucov bayram günlərində rayonda heyvanların satışı və kəsimi məntəqəsində, eləcə də mərkəzi bazarda mövcud şəraitlə tanış olub.

Bildirilib ki, rayonda məntəqə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunur.