Seyran Ohanyanın əmlakına həbs qoyuldu

seyran-ohanyanin-emlakina-hebs-qoyuldu
Oxunma sayı: 1442

Ermənistanın Baş Prokurorluğu ölkənin keçmiş müdafiə naziri, “Ermənistan” blokunun deputatı Seyran Ohanyanın və onun həyat yoldaşının əmlakına həbs qoyub.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkənin üçüncü Prezidenti Serj Sarkisyanın mühafizə xidmətinin keçmiş sədri Vaçaqan Kazaryan və onun ailəsinin də əmlakına həbs qoyulub.

Prokurorluq, həmçinin Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın, onun qızı, oğlu, eləcə də parlamentin eks-sədri Qalust Saakyanın oğlu Arman Saakyanın və digər rəsmi şəxslərin də əmlakı barədə araşdırma aparır.