“Qafqazinfo” xəbər verir ki, hollandiyalı mütəxəssis Lui Van Qal “qırmızı şeytan”ların yeni baş məşqçisi olub. Təcrübəli mütəxəssislə 3 illik müqavilə imzalanıb. Keçmiş çalışdırıcı Devid Moyeslə qazana biləcəyi ən bərbad nəticələri əldə edən “Yunayted” cari mövsümdə Premyer Liqanı 7-ci sırada tamamlayaraq avrokuboklardan kənarda qalıb.
Hollandiya millisinin də baş məşqçisi olan Lui Van Qal Braziliyada keçiriləcək mundialdan sonra “Mançester Yunayted”dəki yeni işinə start verəcək. Van Qala Devid Moyesi müvəqqəti əvəz edən Rayn Gikz kömək edəcək.
İqbal
Son xəbərlər
Son Xəbərlər