Dünyanı nə xilas edəcək?
"Dünyanı gözəlllik xilas edəcək, o gözəllik ki, xeyirxah və mərhəmətlidir". Dostoyevski "İdiot" romanında gözəllik haqqındakı fikrini məhz belə yazır. Fikir verin, bu fraza insana icazə verməz ki, insan öz gözəlliyini, bədənini yüz adama göstərsin, yaxud meşələri kəsib yerində gözəl binalar ucaltsın, çünki bunu etməkdə, belə gözəllik yaratmaqda nə xeyrixahlıq var, nə də mərhəmət. Ona görə də Dostoyevsknin fikri yarımçıq, - bina tikənlərə, bədənini nümayiş etdirənlərə və ya “gözəllik” adı altında min bir hoqqa qaynadanlara sərf edən kimi məhşurlaşıb: "Dünyanı gözəllik xilas edəcək...”
Maraqlısı nədir, yəqin odur ki, Dostoyevsknin “İdiot”u da müəyyən məqamda hansısa maraqlara xidmət edir, məlum şifrənin diqtəsinə niyə diqqət eləmirsiniz: “Hər kəs öz gördüyünü görür”. Kimi dünyanı xilas edəcək xeyirxah gözəlliyi yaradır, kimi də sadəcə “gözəlliyi” ( = eybəcərliyi)... "Xeyirxah gözəllik" problemi Dostoyevsknin “İdiot” əsərində cözülürsə əgər, eybəcərlik (=sadəcə gözəllik) “Şeytanlar” romanında problem kimi qoyulur. Xeyirxah olmayan gözəllik elə eybəcərlik deməkdir ideyası boy göstərir. Məsələn, insan əgər iradəlidirsə və bunu Tanrıya və insana qarşı olan saf niyyəti ilə büruzə verirsə bu xeyirxah gözəllikdir (“İdiot”), insan iradəlidirsə və düşünürsə ki, özünü öldürərək öz taleyini özü həll edəcək və bununla da Allahın yoxluğunu sübut edəcək, bu hal da insan iradəsinin göstəricisidir – gözəldir (sadəcə gözəllik = eybəcərlik). İnsan hisslərisə əcəb qohumdur biri-birinə...
Balzak niyə ağlayırdı?
Balzak romanlarını yazanda qəhrəmanların taleyini bilmirmiş, odur ki, gənc və ya həyat eşqi gözündə parlayan bir obrazı qəfil öləndə, müəllif ağlayırmış. Klassik nəsrin bu gözlənilməzliyi, bu gün özünü son dərəcədə düşünülmüş, janrı, strukturu bəlli əsərlərə verib. Balzak nümunəsi bəs edir ki, ədəbiyyatın gücünün sövqi-təbiilikdə olduğuna inanasan, ancaq qəribədir ki, indinin dükandan alınma südlə böyüyən insanları üçün insan irədəsindən aslı olmayan əsərlər daha qiymətlidir. Ancaq məsələnin mabədi başqadır? Klassik nəsr ədəbiyyat olduğunu hiss etdirmir, oxucu indiki anda mütaliə etdiyi əsərin real olub-olmadığını duymurdusa, bugünkü oxucu kitabı mağazandan alan andan duyur ki, bu sadəcə bir müəllifin təxəyyülünün məhsuludur, real deyil. Ona görə də keçmişdə müəlliflərin öncədən əsərin üstünlüyü kimi vurğuladıqları “olmuş hadisədir” fikri bu gün öz gücünü itirib. Çünki insan həyatında olmuş hadiəsənin ən dəhşətlisi ölümdürsə əgər, bugünkü insanlar hər gün internet saytlarından onlarla ölüm xəbərinə soyuqqanlılıqla yanaşırlar. Səlim Babullaoğlu demiş: “cəmiyyət təəccübünü itirib”.
Eyni yerdən əsən külək
Yusif Səmədoğlunun “Qətl günü” romanında hökümdarın da, xəstə Zülfüqar kişinin də ölümündən əvvəl Baba Kaha adlı mağaranın oyumundan bərk külək qopur, adamların sümüyünü üşütmə tutur. Maraqlı olan nədir? Bütün ölümlərin bir yerdən gəlməsi... Baba Kaha Ilahi isə əsərdə ilahi simvol idi. Hamı eyni cür doğulduğu kimi, ölüm qarşısında da demək olar ki, eyni hissi keçirir, çünki son məqamda hamı üçün külək – Baba Kahanın oyumundan əsir.
Əsərdə digər bir maraqlı məqamsa müxtəlif obrazların ölüm anında öz ölümlərini duyurlarsa əgər, hökümdar həmin situasiyanı anlaya bilmir və saray əyanı Xacə Ənvərə sual edir: “Bu nə müsübətdir, Ənvər?”... Nitsşenin “öldürən ölümdən xəbərsizdir” ideyasını əsərdə üstüörtülü bir bəşəriliklə bəs bundan gözəl necə əks olunaydı?..
Son xəbərlər
Son Xəbərlər