“Şeytanlar kimi döyüşdük” - Klopp

seytanlar-kimi-doyusduk-
Oxunma sayı: 991

Avropa Liqasının ¼ final mərhələsində Dortmund “Borussiya”sı üzərində (4:3) möhtəşəm qələbə qazanan “Liverpul”un baş məşqçisi Yurgen Klopp matç haqqında danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, qarşılaşmadan sonra komandasının şeytanlar kimi oynadığını bildirib: “2005-ci ildə “Liverpul”un “Milan”a qarşı keçirdiyi oyunu izləmişdim. 0:3 hesabı ilə uduzduqları oyunda qalib gəlmişdilər. “Borussiya”ya qarşı oyunun fasiləsində futbolçularıma həmin matçı xatırlatdım. Onları əmin etdim ki, siz bunu bacaracaqsınız. Bacardılar. Şeytanlar kimi döyüşdük. Layiq idik”.