Şeyx 15 ildir qazpulu ödəməyib? - Qardaşından açıqlama

seyx-15-ildir-qazpulu-odemeyib
Oxunma sayı: 10023

“Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 15 ildir qaz pulu ödəmirmiş”.

“Qafqazinfo” xəbər verir ki, bunu tanınmış jurnalist Əvəz Zeynallı Xural TV-nin “Siyasət meydanı” verilişində deyib. O bildirib ki, “Azəriqaz” əməkdaşları Şeyxin Nərimanovdakı villasında reyd keçirib və qeyri-qanuni qaz xətləri aşkarlayıblar.

Xəbəri rus dilindıə oxuyun: Шейх не платил за газ 15 лет

“Verilən məlumatlara görə, “Azəriqaz” əməkdaşları Şeyxin evinə girə biliblər və orada qeyri-qanuni qaz xətləri aşkara çıxıb. Təbii ki, onlar ləğv olunub. Bilmirəm buna görə cərimə yazılıb, ya yox. Amma aldığım məlumata görə, bu qeyri-qanuni xətlər 15 ildir var və Şeyx bu illər ərzində qazpulu ödəmirmiş. Mən maraqlandım və öyrəndim ki, villasında aylıq qaz sərfiyyatı 3-5 min manat aralığında olub”.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, onda belə bir məlumat yoxdur: “Bizimçün hər bir kəs abonentdir. Heç kimin statusu və ya qohumluq əlaqələri abonentlərə göstərdiyimiz xidmətə təsir edə bilməz”.

***

Məsələ ilə bağlı "Qafqazinfo" ilə əlaqə saxlayan şeyxin qardaşı, deputat Cavanşir Paşazadə bildirib ki, onların həyətlərində heç bir evdə reyd keçirilməyib:

"Orada şeyxin iqamətgahı ilə yanaşı ailə üzvlərimizə məxsus bir neçə ev var. Hər birinin də ayrıca sayğacları var. İndiyə qədər bütün məhəllədə olduğu kimi, bizim də evlərin sayğacları ayda bir dəfə oxunur və nə sərfiyyat olunubsa, pulu ödənilir. İnanmıram ki, Azərbaycanda ayda 5 min manat dəyərində qaz işlədən ev olsun".

Lamiyə Məmmədova

Həmçinin oxuyun: Gülmirzə Cavadovun ölkədən çıxışına “stop” qoyuldu