Trend-in məlumatına görə, Paşazadə Qafqaz Müsəlmanları İdarəsində toy və yas mərasimlərinə həsr olunmuş "dəyirmi masa"da çıxışı zamanı qeyd olunan qəzalarda həlak olanlara Allahdan rəhmət diləyib.
İyulun 6-na keçən gecə Azərbaycanın "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarədə 9 ekipaj üzvündən 5-i Azərbaycan vətəndaşı, digər ekipaj üzvləri isə Özbəkistan vətəndaşları olublar.
"Bulqariya" gəzinti teploxodu bazar günü Volqa çayında baş vermiş tufan nəticəsində Kansko-Ustinovski rayonunun Syukeyevo kəndi yaxınlığında batıb. Teploxodda 196 nəfər olub.