Şeyx bayram namazı günü Fransada olacaq

seyx-bayram-namazi-gunu-fransada-olacaq
Oxunma sayı: 4425

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 1-də Fransanın Strasburq şəhərinə səfərə yola düşür.

Bu barədə “Qafqazinfo”ya QMİ Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfərdə məqsəd Avropa Şurasının 2 may tarixində «Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq» mövzusunda keçirəcəyi beynəlxalq konfransda iştirak etməkdir.

Qeyd edək ki, Əjdərbəy məscidi (Göy məscid) məscidində bayram namazı mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.