Şeyx Ərəsbistan kralının tədbirində çıxış edib

seyx-eresbistan-kralinin-tedbirinde-cixis-edib
Oxunma sayı: 1053


QMİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, konfransda çıxış edən Hacı Allahşükür Paşazadə terror bəlasının Azərbaycan xalqından da yan keçmədiyini qeyd edib. 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının erməni ekstremizmi və terrorunun aydın nümunəsi olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Hacı Allahşükür Paşazadənin İslam Aləmi Liqasının Baş katibi Abdullah bin Əbdüllmühsin Əl-Türki ilə təkbətək görüşü olub. Görüş zamanı Azərbaycana səfərini məmnunluqla xatırlayan Əl-Türki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə maraqlanıb, ölkəmizin bu istiqamətdəki haqlı mövqeyni bir daha dəstəklədiyini dilə gətirib.