“Qafqazinfo” xəbər verir ki, görüşdə şeyxülislam Azərbaycan ilə İran arasında son illər sürətlə inkişaf edən əməkdaşlığı diqqətə çatdırıb, dövlətlərimizin başçılarının iki ölkə arasındakı dostluq əlaqələrinin inkişafında oynadıqları mühüm rolu xüsusi vurğulayıb.
Mahmud Vaezi qeyd edib ki, Azərbaycanın inkişafı İran xalqını daim sevindirir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvalarından didərgin düşmüş 1 milyondan çox qaçqın və məcburi köçkünün taleyinin İran xalqını çox narahat etdiyini deyən Mahmud Vaezi qısa müddətdə onların öz doğma torpaqlarına qayıdacaqlarına ümid etdiyini diqqətə çatdırıb. O bildirib ki, İran Azərbaycan xalqının daim sülh şəraitində, rifah içində yaşamağını istəyir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib, qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər