Şeyx Portuqaliya və Braziliyaya gedir

seyx-portuqaliya-ve-braziliyaya-gedir
Oxunma sayı: 2037

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 16-sı Portuqaliyaya yola düşür. 

“Qafqazinfo” xəbər verir ki, QMİ sədri Direktorlar Şurasının üzvü olduğu KAİSİİD Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzinin Lissabon şəhərindəki mənzil-qərargahında qurumun üzvləri ilə görüşəcək.

O, avqustun 18-də isə Braziliyaya səfər edəcək. Səfərdə məqsəd Braziliyanın paytaxtı Brasilia şəhərində 19-22 avqust tarixlərində keçiriləcək G20 Dinlərarası Forumunda iştirak etməkdir.

Səfər G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti Kol Durhamın dəvəti əsasında həyata keçirilir.

“Heç kimi unutmayın: insanlar və planet üçün tərəfdaşlıq” mövzusunda keçiriləcək bu ilki forumda dini müstəvidə qlobal debatlarda A.Paşazadə çıxış edəcək.