Şeyx Prezident və ailəsinin Ağdam məscidinə hədiyyə etdiyi “Quran”dan danışdı

Şeyx Prezident və ailəsinin Ağdam məscidinə hədiyyə etdiyi “Quran”dan danışdı
Oxunma sayı: 1924

“Biz prezident və ailəsi ilə Kəbədə olarkən orada birlikdə dualar elədik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Təcəpir məscidində bayram namazından sonra deyib.

Şeyx bildirib ki, Azərbaycan torpaqlarının azad olunmasını diləyiblər:

“Ordan “Quran” götürdük. Dua elədik ki, Allah bizə tezliklə Azərbaycan torpaqlarının azad olunmasını nəsib eləsin. Mehriban xanım və prezident Ağdam məscidinə həmin “Quran”ı hədiyyə edəndə, bu təkcə məscidə olan hörmət yox, həm də o duaların qəbul olmasının göstəricisi idi”.