Şeyx Rusiyadan mühüm qonaqları qəbul elədi

seyx-rusiyadan-muhum-qonaqlari-qebul-eledi-
Oxunma sayı: 630

“Qafqazinfo”nun məlumatına görə, Təzəpir məscid-kompleksini ziyarət edən qonaqlar Qafqazın dini liderini səmimi salamlayaraq, onunla hər görüşlərini yüksək dəyərləndirdiklərini bildiriblər. QMİ sədrinin Qafqaz respublikalarına səfərlərini məmnunluqla xatırladan qonaqlar Rusiya dövləti tərəfindən Şimali Qafqaz müsəlmanlarının mənəvi tələbatlarının daha yüksək səviyyədə ödənilməsi yönündə görülən işlər, habelə nəzərdə tutulan layihələr ətrafında A. Paşazadə ilə fikir mübadiləsi aparıblar.

Azərbaycanda aparılan geniş quruculuq işləri, siyasi, iqtisadi, sosial sahələrdə tərəqqini yüksək dəyərləndirən qonaqlar Azərbaycanın Qafqaz bölgəsində lider rolu oynadığını və Azərbaycan Prezidentinin Qafqazın lider dövlət başçısı olduğunu xüsusi vurğulayıblar.