Şeyx Türkiyəyə gedir

seyx-turkiyeye-gedir
Oxunma sayı: 1681

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 7-də Türkiyəyə səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə QMİ-nin Mətbuat xidməti məlumat yayıb. 

O, “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə İstanbulda baş tutacaq XXV Avrasiya İqtisadi Zirvə toplantısı çərçivəsində çıxış edəcək.

A. Paşazadə, həmçinin Avrasiya İqtisadi Zirvə görüşünün nüfuzlu iştirakçıları ilə görüşlər keçirəcək.