Xəbər verdiyimiz kimi bu gün Qafqaz Müsəlmanları İdarəsində Suriyaya gedən azərbaycanlı döyüşçülərlə bağlı geniş tərkibli iclas keçirilib. “Qafqazinfo”nun məlumatına görə, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə bu məsələdə bəzi məmurların da günahkar olduğunu bildirib. O, məmurlara xitab edərək onları dövlətə qarşı iş aparmaqda ittiham edib:
“Burda ziyalı, məmur təbəqəsində də günah var. Bəzi məmurlar Azərbaycanda işləyib maaş alırlar. Onların övladları isə hansısa məzhəbə qoşulub dövlətə qarşı iş aparırlar”.
Qeyd edək ki, Allahşükür Paşazadə “bəzi məmurlar” işarəsini vursa da, konkret ad çəkməyib.
Günel
Son xəbərlər
Son Xəbərlər