Şeyxə dəvət məktubu

seyxe-devet-mektubu-
Oxunma sayı: 1390


“Qafqazinfo” QMİ-nin saytına istinadən xəbər verir ki, QMİ-də keçən görüşdə Qazaxstan səfirini salamlayan A.Paşazadə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevi müdrik və uzaqgörən siyasətçi adlandıraraq bu il Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərinin keçirilməsini düzgün addım kimi qiymətləndirib və Nazarbayevin həmin seçkilərdə inamla qələbə çalacağından əmin olduğunu dilə gətirib. QMİ-nin sədri qardaş Qazaxıstan xalqına sülh, əminamanlıq və tərəqqi arzularını bildirib.

A. Jumabayev isə öz növbəsində Şeyxülislama bu ilin iyun ayında Qazaxıstan Prezidenti cənab Nursultan Nazarbayevin rəhbərliyi altında Astanada keçirilməsi nəzərdə tutulan Dünya və Ənənəvi Dinlərin Liderlərinin V qurultayına həmin qurultayın sədri Kasım-Jomart Tokayevin dəvət məktubunu təqdim edib. Səfir qeyd edib ki, bütün Qafqazın Şeyxinin iştirakı qurultayın dəyərini artıracaqdır. Səfir Allahşükür Paşazadənin bu dəvəti qəbul edəcəyindən ümidvar olduğunu dilə gətirib.

Dəvətə görə öz təşəkkürünü bildirən QMİ-nin sədri əmin olduğunu bildirib ki, Dünya və Ənənəvi Dinlərin Liderlərinin növbəti qurultayı yer üzündə sülh, siyasi istiqrar və əminəmanlığın bərqərar olmasına mühüm töhvə verəcək.