Şeyxin Londona qaçan arvadı sevgilisinə ərə gedir

seyxin-londona-qacan-arvadi-sevgilisine-ere-gedir
Oxunma sayı: 4874

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş Naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Maktumun Londona qaçan 6-cı arvadı Həyya bint əl-Hüseyni ingilis cangüdəni Rassl Floverə ərə getməyə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilir ki, şeyxlə həyat yoldaşının boşanma prosesinin ikinci mərhələsi 30-31 iyulda London Ali Məhkəməsində baş tutacaq. Əl-Maktumla Həyya aliment və təzminat barədə də razılığa gəliblər. Həyya hətta uşaqlarını Dubaya göndərməyə də razılıq verib.

Qeyd edək ki, əl-Maktumla Həyyanın 11 yaşlı Cəlilə adlı qızı, 7 yaşlı Zayed adlı oğlu var. Yayılan şayiələrə görə,Zayed şeyxin oğlu deyil. O, Həyyanın başqa şəxslə münasibətindən dünyaya gəlib.