Şeyxin Mübariz Qurbanlı ilə birgə müşavirəsi

seyxin-mubariz-qurbanli-ile-birge-musaviresi-
Oxunma sayı: 1142


QMİ-nin Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, hər iki qurumun rəhbərləri və Mərkəzi aparatlarının iştirakı ilə keçən görüşdə dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə edilib. QMİ-nin sədri Şeyxülislam A. Paşazadə və Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı öz çıxışlarında dini icmaların fəaliyyətinin daha da təkmilləşdirilməsi yönündə təkliflərini diqqətə çatdırıb, icmaların qeydiyyatı və dini vəzifələrə təyinat məsələləri, habelə milli-mənəvi, ənənəvi dini dəyərlərin təbligi və inkişaf etdirilməsi iştiqamətində görüləcək işlər barədə məlumat veriblər. Görüşdə QMİ sədrinin I müavini Müfti Salman Musayev, QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli, QMİ Elmi-Dini Şurasının sədri akademik Vasim Məmmədəliyev və AR Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış edərək dini icmaların fəaliyyəti ilə bağlı məsələlərdən danışıblar. Çıxışlarda qurumlar arasındakı əməkdaşlıq və işbirliyindən razılıq ifadə olunmuş, məsləhətləşmələr və məşvərətlərin əhəmiyyətli olduğu xüsusi vurğulanıb.

Görüşdə QMİ sədri və Dövlət Komitəsinin sədri tədbirdə iştirak edən din xadimlərinin suallarını cavablandırıb və irəli sürülən təkliflərə münasibət bildiriblər. Konstruktiv səpgidə keçən görüşdə QMİ-nin Qazılar Şurasının üzvləri, bölgələr üzrə səlahiyyətli nümayəndələri iştirak ediblər.