QMİ-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, qonağı salamlayan Şeyxülislam A.Paşazadə Qafqazın müdrik ağsaqqalı, gürcü xalqının dini lideri - Ümumgürcüstan Katolikos-Patriarxı II İliya həzrətlərinə dərin ehtiram və xeyir-dualarını yetirməyi xahiş edib.
Şeyxülislam əmin olduğunu bildirib ki, bu səfər də Azərbaycan və gürcü xalqlarının dostluq və qardaşlığı, Qafqazda mehriban qonşuluq əlaqələrinin inkişafı üçün olduqca dəyərli olacaq və bu əlaqələrin daha da dərinləşməsi istiqamətində dini liderlər olaraq əllərindən gələni bundan sonra da əsirgəməyəcəklər.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsi ilə Gürcüstan Patriarxlığı arasında səmərəli əməkdaşlıq əlaqələri və onların inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə Gürcüstanın Xornabuci və Hereti yeparxiyasının yeni təyin olunmuş yepiskopu Dmitri Kapanadze, Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze və QMİ sədrinin birinci müavini Müfti Salman Musayev iştirak ediblər.
Son xəbərlər
Son Xəbərlər