Səyyad Əlizadənin vəziyyəti yaxşılaşır, xanımı evə buraxıldı

seyyad-elizadenin-veziyyeti-yaxsilasir-xanimi-eve-buraxildi
Oxunma sayı: 3848

Mərkəzi Gömrük Hospitalında koronavirusdan müalicə olunan müğənni Səyyad Əlizadənin vəziyyəti yaxşılığa doğru gedir.

Bu barədə “Qafqazinfo”ya müğənninin kürəkəni Razim Qarayev bildirib.

Onun sözlərinə görə, sənətçinin koronavirusa yoluxan həyat yoldaşı tamamilə sağalıb: 

“Səyyad bəyin səhhəti yaxşılaşır. Qızdırması düşüb. Yoldaşı isə bu gün xəstəxanadan evə buraxılıb”.