Səyyar ASAN xidmət Balakən, Qəbələ, Kürdəmirdə

seyyar-asan-xidmet-balaken-qebele-kurdemirde-
Oxunma sayı: 742


"Qafqazinfo"ya daxil olan məlumata görə, Balakən, Zaqatala, Qax rayonlarının sakinləri Balakəndə;

Qəbələ, İsmayıllı rayonlarının sakinləri Qəbələdə;

Kürdəmir, Hacıqabul rayonlarının sakinləri isə Kürdəmirdə Səyyar ASAN xidmətdən yararlana biləcəklər.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Qeyd edək ki, cari ilin sonuna kimi Səyyar ASAN xidmət bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə davam edəcək.