Səyyar ASAN xidmət fəaliyyətə başlayır

seyyar-asan-xidmet-fealiyyete-baslayir
Oxunma sayı: 1081


Əhatə dairəsi:

Pilot layihə çərçivəsində Bakı şəhərinin Nərimanov rayonu

Səyyar ASAN xidmət çərçivəsində göstərilən xidmətlər aşağıdakılardır:

1. Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

2. Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

3. Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

4. Məhkumluq barədə arayışların verilməsi;

5. Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;

6. Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı;

7. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı.

İş rejimi:

Bazar ertəsi-şənbə günü saat 10:00-19:00-dək.

Xidmətin sifarişi:

Xidmətin sifarişi 108 nömrəli “Çağrı” mərkəzi vasitəsi ilə həyata keçirilir.

Səyyar xidmət haqqı:

* İkitərəfli xidmət (sənədlərin qəbulu və hazır sənədin çatdırılması) - 90 AZN xidmət haqqı;

* Birtərəfli xidmət (hazır sənədin çatdırılması) - 50 AZN xidmət haqqı;

* Nigahın qeydə alınması və təntənəli nigahın kəsilməsi - 150 AZN xidmət haqqı;

* Təntənəli nigahın kəsilməsi - 100 AZN xidmət haqqı.

Qeyd: Yuxarıda qeyd edilən sifarişin xidmət haqqına dövlət rüsumları, cərimələr və normativ hüquqi aktlarla müəyyən edilən xidmət haqqları daxil deyil.

Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər (tibbi-sosial ekspertiza komissiyasının arayışında göstərilməklə) və sağlamlıq imkanları məhdud uşaqlar (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 Aprel 2009-cü il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına” əsasən) üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

Əlavə məlumat üçün 108 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.