Səyyar ASAN xidmət Maştağada

seyyar-asan-xidmet-mastagada
Oxunma sayı: 764


ASAN-dan “Qafqazinfo”ya verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə daxil olan fəaliyyətlər isə bunlardır: 

Notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların, həmçinin daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi.